29 May 2026, 18:15
FUTBOL
Kiran Trippier karyerasını davam etdirəcəyi klubu tez bir zamanda müəyyənləşdirib.
Matc.az xəbər verir ki, sağ cinah müdafiəçisi "Vulverhempton"a keçid barədə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Trippier "NyuKasl"ı tərk etdikdən sonra komandaya azad agent statusunda qoşulur. Tərəflər daha bir mövsüm uzadılma variantı olmaqla 2 illik müqaviləni razılaşdırıblar.
35 yaşlı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək, bundan sonra o, rəsmi olaraq bütün sənədləri imzalayacaq və "canavarlar"ın oyunçusu olacaq.
2025/2026 mövsümünün nəticələrinə görə, "Vulverhempton" İngiltərə Premyer Liqasını tərk edib.













