29 May 2026, 14:41
FUTBOL
Vinçentso İtalyano ilə yollarını ayıran "Bolonya" yeni baş məşqçi axtarışlarını davam etdirir.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas namizədi Domeniko Tedeskodur. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Bolonya" italiyalı mütəxəssislə danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, Domeniko Tedeskonun son iş yeri "Fənərbaxça" olub. 40 yaşlı məşqçi apreldə İstanbul klubundan ayrılıb.













