İngiltərənin "Liverpul" klubu baş məşqçi postuna rəsmi olaraq ispaniyalı mütəxəssis Andoni İraolanı gətirdiyini elan edib.

Matc.az xəbər verir ki, bu barədə məlumat mersisaydlıların rəsmi saytında yayımlanıb.

İspaniyalı çalışdırıcının "qırmızılar" ilə 2 illik müqavilə imzalayacağı bildirilir. 43 yaşlı Andoni İraolanın son iş yeri ötən mövsümün sonunda yollarını ayırdığı digər Premyer Liqa təmsilçisi "Bornmut" olub. İspaniyalı məşqçinin rəhbərliyi altında "albalılar" mövsüm ərzində 57 xal qazanaraq turnir cədvəlini 6-cı pillədə başa vurublar. Maraqlıdır ki, yeni iş yeri olan "Liverpul" isə ötən mövsümü 60 xalla İraolanın köhnə komandasından bir pillə öndə – 5-ci yerdə tamamlayıb.

Təcrübəli mütəxəssis 2023-cü ilin yayından bəri "Bornmut" komandasına uğurla rəhbərlik edirdi.

Qeyd edək ki, "Liverpul" rəhbərliyi mayın 30-da niderlandlı mütəxəssis Arne Slotun baş məşqçi vəzifəsindən ayrıldığını ictimaiyyətə açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest