04 İyun 2026, 17:04
MPL
“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib. Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.

_1780606183.jpg)











