04 İyun 2026, 19:31
FUTBOL
Bundesliqanı tərk edən "Volfsburq"un futbolçusu Patrik Vimmer Almaniyada klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Hoffenhaym" avstriyalı vingeri transfer edib.
Vimmerin transferi 10 milyon avroya başa gəlib. "Hoffenhaym" 25 yaşlı oyunçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Patrik Vimmer ötən mövsüm "Volfsburq"un heyətində keçirdiyi 27 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.

_1780606183.jpg)











