"Kocaelispor"un qapıçısı Serhat Öztaşdelen Super Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Türkiyəli qolkiper "Beşiktaş"a keçəcək. Artıq klublar arasında razılıq əldə olunub. 21 yaşlı qolkiper yaxın günlərdə İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Serhat Öztaşdelen başa çatan mövsümdə "Kocaelispor"un heyətində keçirdiyi 8 oyunda qapısında 7 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest