ABŞ millisi dünya çempionatının qrup mərhələsində Paraqvayı məğlub edərək 96 ildən sonra ilk dəfə üç qol fərqi ilə qalib gəlib.
ABŞ millisi dünya çempionatının qrup mərhələsində Paraqvayı məğlub edərək 96 ildən sonra ilk dəfə üç qol fərqi ilə qalib gəlib.
Matc.az xəbər verir ki, Bu barədə ESPN məlumat yayıb.
Los-Ancelesdəki "SoFi" stadionunda keçirilən oyun 4:1 hesabı ilə amerikalıların xeyrinə başa çatıb. Dünya çempionatı matçlarında vurulan 4 qol ABŞ komandası üçün rekord göstəricidir.
Qeyd edək ki, amerikalılar sonuncu dəfə 1930-cu ildə Belçikanı (3:0) və Paraqvayı (3:0) məğlub etmişdilər. O vaxtdan bəri, ötən 96 il ərzində komanda dünya çempionatlarında 3 qol fərqi ilə qələbə qazanmamışdı.
Matçda ev sahiblərinin heyətində Folarin Balogun və Giovanni Reyna dubl ediblər. Qonaqlardan Damian Bobadilla öz qapısına qol vurduğu halda (avtoqol), Paraqvayın yeganə təsəlli qolunu Mauricio vurub.













