Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç DÇ-2026-dan sonra futbolçu karyerasını başa vurmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, 40 yaşlı ulduz futbolçu artıq "Real" ilə karyerasını bitirdikdən sonra klubda vəzifə tutmaq barədə razılıq əldə edib. 

Qeyd edək ki, Modriç 2012-ci ildən bəri çıxış etdiyi Madrid klubunda 4 İspaniya çempionluğu və 6 UEFA Çempionlar Liqası titulu qazanıb. Yarımmüdafiəçi 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülərək, bu uğura imza atan ilk xorvatiyalı futbolçu olub.

Xatırladaq ki, Xorvatiya millisi DÇ-2026-nın L qrupunda İngiltərə, Panama və Qana ilə mübarizə aparacaq. Xorvatiya ilə İngiltərə arasındakı qarşılaşma iyunun 16-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest