13 İyun 2026, 12:57
FUTBOL
PSJ "Barselona"nın hücumçusu Ferran Torreslə müqavilə imzalamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Canluka Di Marsio paylaşıb.
Paris klubu ispaniyalı futbolçunu komandadan ayrılacağı gözlənilən Bredli Barkolun əvəzedicisi kimi nəzərdən keçirir. Fransa nəhənginin baş məşqçisi Luis Enrike Torresin oyun keyfiyyətlərinə yaxından bələddir, çünki onunla İspaniya millisində birlikdə çalışıb.
Qeyd edək ki, ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyuna çıxan hücumçu 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında Torresin transfer dəyəri 50 milyon avro qiymətləndirilir.













