Azərbaycanın qadın və kişilərdən ibarət voleybol yığmaları bu gün Avropa Liqasında növbəti sınaqlarına çıxacaqlar.

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol yığmaları bu gün Avropa Liqasında növbəti sınaqlarına çıxacaqlar.

Matc.az xəbər verir ki, qadın voleybolçularımız Şimali Makedoniya komandası ilə qarşılaşacaq. İspaniyanın ev sahibliyi edəcəyi oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, aktivində 3 xalı olan millimiz turnir cədvəlinin 11-ci pilləsində yer alıb, xalı olmayan rəqib isə 23-cü sırada qərarlaşıb.

Kişi voleybolçulardan ibarət komandamız isə İspaniya seçməsi ilə qüvvəsini sınayacaq. Rumıniyada baş tutacaq bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Hazırda 6 xala malik ispanlar turnirdə 8-ci, keçirdiyi görüşlərdə xal qazana bilməyən Azərbaycan yığması isə sonuncu - 24-cü pillədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest