FİFA DÇ-2026-nın Qətər – İsveçrə matçı zamanı təyin olunan mübahisəli penalti epizodu ilə bağlı rəsmi bəyanat yayıb.
FİFA DÇ-2026-nın Qətər – İsveçrə matçı zamanı təyin olunan mübahisəli penalti epizodu ilə bağlı rəsmi bəyanat yayıb.
Matc.az xəbər verir ki, görüşün 17-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Qətərin qapısına penalti təyin edib və Bril Embolo bu imkandan maksimum yararlanıb. Lakin azarkeşlər arasında hücum anında İsveçrə millisinin oyunçusunun ofsaydda olması ilə bağlı ciddi suallar yaranıb və bu şübhələri VAR sisteminin ofsaydın qrafik animasiyasını nümayiş etdirməməsi daha da artırıb.
Qurumun rəsmi sosial şəbəkə hesabından yayılan bəyanatda bu məsələyə aydınlıq gətirilib: "San-Fransisko körfəzi bölgəsində keçirilən Qətər – İsveçrə matçı zamanı baş verən qısamüddətli texniki nasazlıq İsveçrənin xeyrinə təyin olunan penaltidən əvvəl ofsaydın qrafik animasiyasının yaradılmasına mane olub. Problem tez bir zamanda aradan qaldırılıb. Bu müddət ərzində VAR sisteminin işində heç bir problem yaşanmayıb və hakimin qərarı yoxlanılarkən sistem ştat rejimində fəaliyyət göstərib. VAR-ın oyunçuların mövqeyini müəyyənləşdirmək üçün istifadə etdiyi xətlər penaltidən əvvəlki hər iki epizodda hücum edən futbolçunun oyundankənar vəziyyətdə olmadığını göstərib".
Xatırladaq ki, qrup mərhələsinin ikinci turunda Qətər millisi iyunun 19-da Kanada ilə, İsveçrə isə iyunun 18-də Bosniya və Herseqovina ilə qarşılaşacaq. Üçüncü turda isə iyunun 24-də Qətər – Bosniya və Herseqovina, Kanada – İsveçrə matçları baş tutacaq.












