16 İyun 2026, 14:58
FUTBOL
"Araz-Naxçıvan" PFK-nın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə", Türkiyənin "Adana Demirspor" klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi "Şamaxı" klubunda fəaliyyətə başlayıb.
"Cəbrayıl", "Turan Tovuz" klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət "Səbail"in də baş məşqçisi olub













