Analitik platforma olan "Opta", qrup mərhələsinin birinci oyun gününün başa çatmasından sonra 2026-cı il dünya çempionatının qələbə ehtimalı proqnozunu yeniləyib.
Matc.az xəbər verir ki, platformanın superkompüterinə görə, Fransanın titul qazanmaq şansı 15,73 faiz təşkil edir və komanda bu göstərici ilə əsas namizəddir.
Superkompüterin hesabatına əsasən çempionluğa ən güclü namizəd olan komandaların sıralaması aşağıdakı kimi müəyyənləşib:
1. Fransa - 15,73%
2. İngiltərə - 12,33%
3. Argentina - 12,28%
4. İspaniya - 12,08%
5. Almaniya - 6,43%
6. Portuqaliya - 5,94%
7. Braziliya - 5,37%
8. Norveç - 4,68%
9. Niderland - 3,06%
10. Kolumbiya - 2,80%
Maraqlıdır ki, üç komandaya – Haiti, Kyurasao və İordaniyaya çempionluq üçün sıfır faiz şans verilib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilir. Qrup mərhələsinin ilk oyunlarından sonra proqnozda ilk "üçlük"də qərarlaşan komandaların hamısı turnirə qələbə ilə başlayıb.













