"Liverpul" "Osasuna"nın gənc ulduzu Viktor Munyosu transfer edir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, tərəflər arasında transferə dair bütün şərtlər artıq tamamilə razılaşdırılıb. İngiltərə təmsilçisi 22 yaşlı istedadlı qanad oyunçusunun müqaviləsində yer alan 40 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə qərar verib. "Mersisaydlılar" gələcəyə böyük investisiya edərək ispan vingerlə 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli, altı illik rəsmi müqavilə bağlayıb.

"Real"akademiyasının yetirməsi olan Munyos ötən il cəmi 5 milyon avro qarşılığında "Osasuna"ya keçmişdi. O, başa çatan mövsümdə komandanın liderinə çevrilərək bütün turnirlərdə 36 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müthiş performansı sayəsində vinger İspaniyanın 2026-cı il dünya çempionatı üçün yekun heyətinə də dəvət alıb. Baş məşqçi Luis de la Fuentenin rəhbərliyi altında artıq 2 yoldaşlıq görüşündə şans qazanan gənc oyunçu, Serbiya millisinin qapısına vurduğu qolla diqqətləri üzərinə çəkib.

Nüfuzlu "Transfermarkt" portalı hazırda onun bazar dəyərini 30 milyon avro kimi qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest