"Mayorka"nın hücumçusu Vedat Muriqi Türkiyənin "Fənərbaxça" klubu ilə razılığa gəlib.

Matc.az xəbər verir ki, İstanbul klubunun mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.

Oyunçu tibbi müayinədən keçmək və transferi başa çatdırmaq üçün bu gün Türkiyəyə gələcək.

Qeyd edək ki, başa çatan 2025/2026 mövsümündə Muriqi vurduğu 23 qolla La Liqada bombardirlər yarışında ikinci yeri tutub. O, bu göstərici ilə "Barselona"dan Lamin Yamal və "Real"dan Vinisius Junioru (hər ikisi 16 qol) geridə qoymağı bacarıb. İspaniya çempionatında ondan daha çox qol vuran yeganə futbolçu isə "Real"ın hücumçusu Kilian Mbappe (25 qol) olub.

Kosovo millisinin üzvünün yüksək məhsuldarlığına baxmayaraq, "Mayorka" mövsümün yekununda La Liqa 2-yə düşüb. Keçmiş oyunçusunu yenidən İstanbula qaytaran "sarı-lacivərdlilər"in bu transfer üçün İspaniya klubuna ödəyəcəyi təzminat və müqavilənin digər detalları yaxın saatlarda rəsmən açıqlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest