"Barselona"nın sabiq hücumçusu Robert Levandovski yaxın zamanlarda MLS təmsilçisi "Çikaqo Fayr"ın heyətinə qoşulacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, polşalı futbolçu artıq ABŞ klubunun düşərgəsində olub və şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Keçidin gələn həftənin əvvəlində rəsmən elan olunacağı gözlənilir.

Levandovski 2022-cü ilin yayından "Barselona"da çıxış edirdi. Təcrübəli forvard ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 46 matçda meydana çıxıb, 19 qol və 4 məhsuldar ötürmə ilə yaddan qalıb. Onun klubla müqavilə müddəti bu il iyunun 30-da başa çatır.

Qeyd edək ki, hazırda "Çikaqo Fayr" MLS-in Şərq konfransının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest