Norveç millisinin vingeri Antonio Nusa dünya çempionatının 1/16 final mərhələsində Fil Dişi Sahili ilə oyunun ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Dünya çempionatının 1/16 finalı çərçivəsində ABŞ-nin Texas ştatında baş tutan görüş Norveç yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 39-cu dəqiqədə qapının uzaq küncünü dəqiq nişan alan Antonio Nusa açaraq norveçliləri önə keçirib.
Norveçlilər 1/8 final mərhələsində iyulun 5-də "MetLayf" stadionunda (İst-Raterford, ABŞ) Braziliya yığması ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq.













