Leverkuzen "Bayer"inin və İspaniya millisinin sol cinah müdafiəçisi Alexandro Qrimaldo "Atletiko" klubunun oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı oyunçu ilə müqavilə 4 illik – 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, söhbət 20 milyon avrodan gedir.
Qrimaldo 2023-cü ilin yayından "Bayer"də çıxış edib. İspaniya millisinin 30 yaşlı müdafiəçisi 2025/26 mövsümündə klub səviyyəsində bütün turnirlərdə meydana çıxdığı 46 matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
"Bayer"dən başqa, Qrimaldo peşəkar karyerası ərzində "Benfika"da da çıxış edib. Müdafiəçi "Barselona" akademiyasının yetirməsidir, lakin kataloniyalıların əsas komandasında heç bir rəsmi oyuna çıxmayıb.













