İtaliyalı mütəxəssis Qulyelmo Arena Nepal milli komandasının baş məşqçisi postundan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssisin gedişinə Beynəlxalq Futbol Federasiyasının (FIFA) Ümumnepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü dayandırması səbəb olub.
Qulyelmo Arena mövcud vəziyyəti dərindən dəyərləndirdikdən sonra qurum rəhbərliyi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə ortaq məxrəcə gəldiklərini bildirib.
FIFA-nın qərarına əsasən, Nepal seçməsinin və yerli klubların beynəlxalq turnirlərdə iştirakına qadağa qoyulub. ANFA-nın nizamnaməsinin Milli İdman Şurası tərəfindən kobud şəkildə pozulması və seçki prosesinə kənar müdaxilələr bu cəzaya zəmin yaradıb.













