07 İyul 2026, 18:14
FUTBOL
Gürcüstanın "Torpedo" (Kutaisi) klubunun futbolçusu Komnen Andriç UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, təcrübəli hücumçu Sumqayıtdakı qarşılaşma öncəsi rəqibi yaxşı tanıdıqlarını qeyd edib:
"Zirə"ni tam təhlil etmişik. Azərbaycan çempionatını izləyirəm. İlk saniyələrdən topa nəzarət etməliyik. Yeni transferlər ediblər. Onları sürpriz komanda sayıram. Sabahkı matça hazırıq. Öz sözümüzü deməyə çalışacağıq".













