UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Vestri" qarşılaşmasına bu günə qədər 16350 bilet satılıb.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Vestri" qarşılaşmasına bu günə qədər 16350 bilet satılıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün biletlərin sayı məhduddur.

Qiymətlər yerlərdən asılı olaraq dəyişir: standart biletlər 5, 10, 15 və 20 AZN, VIP sektorlar üçün 50, 75 və 100 AZN, VVIP sektorlar üçün isə 150 AZN təşkil edir.

Onlayn bilet alışı zamanı çətinlik yarandıqda iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı klubun fan-şopuna və ya mərkəzi arenanın kassalarına müraciət edilməlidir.

Qeyd edək ki, "Qarabağ" – "Vestri" görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest