Valdas Dambrauskasın baş məşqçisi olduğu Masazır təmsilçisinin tarixi debüt qələbəsi (2:0) sayəsində ölkəmizin son 5 ildəki reytinq xalı 18,812-yə yüksəlib.

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubu üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinqindəki əmsalını 0,250 xal artırıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu Masazır təmsilçisinin tarixi debüt qələbəsi (2:0) sayəsində ölkəmizin son 5 ildəki reytinq xalı 18,812-yə yüksəlib. Bu nəticə ilə Azərbaycan UEFA reytinq cədvəlində 26-cı pillədəki mövqeyini qoruyub.

Hazırda ölkəmiz 27-ci sırada qərarlaşan Slovakiyanı (18,250) qabaqlayır, 25-ci pillədəki İsrail (20,750) isə bir addım öndə yer alır.

Qeyd edək ki, siyahıya 101,852 əmsalla İngiltərə liderlik edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest