Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirlə qarşılaşmada növbəti tarixi uğurlara imza atıb.

Matc.az xəbər verir ki, ulduz futbolçu komanda yoldaşı Kristian Romeroya məhsuldar ötürmə verməklə dünya çempionatlarında ümumi assist sayını 9-a çatdırıb və turnirin mütləq rekordunu yeniləyib.

Bununla yanaşı, təcrübəli hücumçu ardıcıl 9-cu matçında da fərqlənərək öz qol seriyasını davam etdirib. Görüşün 83-cü dəqiqəsində topu rəqib qapısının tirinin altına göndərərək hesabı bərabərləşdirən Messi cari dünya çempionatında vurduğu qolların sayını 8 çatdırıb. O, bu qolla Erlinq Haland və Kilian Mbappeni geridə qoyaraq bombardirlik yarışında zirvəyə yerləşib.

Digər tərəfdən, Messi dünya çempionatlarında 31 oyun keçirən tarixdəki ilk futbolçu ünvanına sahib olub.

Xatırladaq ki, Misiri məğlub edərək 1/4 finala yüksələn Argentina yığması bu mərhələdə İsveçrə – Kolumbiya cütlüyünün qalibi ilə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest