Avropa Parlamentinin 50 deputatı Beynəlxalq Futbol Federasiyasının (FIFA) Etika Komitəsini qurumun prezidenti Canni İnfantinoya qarşı araşdırma aparmağa çağırıb.
Matc.az xəbər verir ki, bu barədə "Fairsquare" təşkilatının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, buna səbəb Donald Trampa tarixdə ilk dəfə FIFA Sülh Mükafatının verilməsi barədə qəbul edilən qərardır. Avropalı deputatlar bu qərarın FIFA-nın siyasi neytrallıq prinsipini şübhə altına aldığını bildirərək Etika Komitəsindən məsələni maksimum operativlik və ciddiliklə araşdırmağı tələb ediblər.
Müraciətdə təşkilatın ədalət, bərabərlik, insan ləyaqətinə hörmət, şəffaflıq və məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməli olduğu vurğulanıb.
Norveç Futbol Federasiyasının da dəstəklədiyi şikayətdə mükafatın təsis edilməsi və Trampa verilməsi qərarını konkret olaraq kimin (FIFA Şurası, Şura Bürosu, yoxsa şəxsən Canni İnfantino) qəbul etdiyinin müəyyənləşdirilməsi tələb olunur.












