İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Bakıda keçirilən tədbirdə oyunla bağlı fikirlərini bölüşüb.

Bildirilir ki, o, rəqibin gücünə bələd olduqlarını vurğulayıb: "Çox həyəcanlıyam. Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin olacaq. Amma əlimizdən gələni edəcəyik. Bəzi oyunçular dəyişib. Amma baş məşqçi eynidir.

Rəqibin yoxlama matçlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı kimi eyni taktikaya üstünlük verir. Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Püşkdə bu rəqib bizə düşəndə sevinmişdilər. Onlar həyəcanlanmışdılar. İndiyədək qarşılaşacağımız ən güclü komandalardan biri də məhz "Qarabağ"dır.

Oyun planımızı açıqlamaq istəmirəm. Rəqibimiz topla oynamağa üstünlük verəcək. Biz əks-hücumda onları yaxalaya bilərik".

Xatırladaq ki, "Qarabağ" – "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest