"Qalatasaray" klubu yarımmüdafiəçi Lesli Uqoçukvunun transferindən sonra heyətini daha 5 futbolçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, "sarı-qırmızılılar" hücum, mərkəz və müdafiə xətlərini gücləndirməyi hədəfləyirlər.

Klub rəhbərliyinin əsas prioritetlərindən biri hücumameyilli yarımmüdafiəçi (10 nömrə) transferidir və bu mövqe üçün ciddi büdcə ayrılması nəzərdə tutulub.

İkinci hədəf kimi hücum xəttinə icarə əsasında əcnəbi bir forvard, eləcə də üçüncü hücumçu olaraq yerli futbolçunun gətirilməsi planlaşdırılır.

Noa Lanq və Əhməd Kutucunun gedişindən sonra cinah hücumçusu mövqeyinə də yeni bir oyunçunun alınması gündəmdədir.

Baş məşqçi Okan Burukun hesabatına əsasən sağ cinah və ya mərkəz müdafiəçisi mövqelərinə də yeni futbolçular cəlb edilə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest