Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Araz-Naxçıvan" klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Araz-Naxçıvan" klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "qırmızı-ağlar" Bakı Olimpiya Stadionunun köməkçi meydançasında "İmişli" komandası ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Naxçıvan təmsilçisinin heyətində qolları Mara və klubun yeni transferi Ceyhun Nuriyev vurub.

Bununla da hər iki kollektiv yay fasiləsində növbəti sınaq matçını geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest