"Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk".

"Araz-Naxçıvan" klubunun baş məşqçisi Cavid Hüseynov "İmişli" ilə keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mütəxəssis öz açıqlamasında bu sözləri qeyd edib:

"Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər.

Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdu. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest