05 Avqust 2026, 19:18
FUTBOL
İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.
Matc.az xəbər verir ki, komandalar Çinin Honkonq şəhərindəki "Kay Tak İdman Parkı" stadionunda qarşılaşıblar.
"Yuventus" matçda 1:0 hesabı ilə qələbə qazanıb. Görüşdə yeganə qolu 68-ci dəqiqədə Turin təmsilçisinin hücumçusu Edon Jeqrov vurub.
Xatırladaq ki, "Çelsi" İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünü 38 oyundan 52 xal toplayaraq turnir cədvəlinin 10-cu pilləsində başa vurub. Ölkə çempionu 85 xalla "Arsenal" olub.
"Yuventus" isə İtaliya A Seriyasında 38 oyuna 69 xal qazanaraq mövsümü altıncı sırada tamamlayıb. Çempionluğu isə 87 xal toplayan "İnter" bayram edib.













