İspaniyalı sol cinah müdafiəçi Miqel Qutyerres İtaliyanın "Napoli" klubundan Almaniyanın "Bayer" komandasına keçib.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 5 il müddətinə – 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Qutyerres "Bayer"də 3 nömrəli formada çıxış edəcək. Transfer məbləği rəsmən açıqlanmasa da, söhbət 26 milyon avrodan gedir.
Qutyerres 2025-ci ilin yayında 18 milyon avro qarşılığında "Jirona"dan "Napoli"yə keçmişdi. Ötən mövsüm neapolluların heyətində bütün turnirlərdə 36 matça çıxan futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yaddan qalıb. Onun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədə idi.
Qutyerres 2021-ci ildə İspaniyanın gənclərdən ibarət millisinin heyətində 2 oyun keçirsə də, 25 yaşlı müdafiəçi hələ ki əsas milli komandaya çağırılmayıb.
"Bayer"də o, cari ilin yayında 20 milyon avroya Madrid "Atletiko"suna transfer olunmuş digər ispan Alejandro Qrimaldonu əvəzləyəcək.













