"Renn"in və İsveçrə millisinin hücumçusu Brel Embolo MLS təmsilçisi "Atlanta Yunayted"in oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 4 il müddətinə – 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 18 milyon dollardan getdiyi bildirilir.

Embolo 2025-ci ilin sentyabrından bəri "Monako"dan 13 milyon avroya keçdiyi "Renn"də çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 34 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Buna qədər 29 yaşlı hücumçu "Bazel", "Şalke" və "Borussiya" (Münhenqladbax) klublarında oynayıb. O, İsveçrə millisinin heyətində meydana çıxdığı 92 oyunda 26 qol vurub.

Futbolçu həmçinin 2026-cı il dünya çempionatında da iştirak edib. O, 1/4 finalda Argentinaya qarşı keçirilən matçda qırmızı vərəqə alaraq meydandan qovulsa da, sonradan bu qərarın səhv olduğu bəyan edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest