"Aston Villa"nın yarımmüdafiəçisi Con Makginn Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində ilk qolun müəllifi olub.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, o, "Brügge"yə qarşı keçirilən I tur matçının 11-ci dəqiqəsində hesabı açıb. Bu qolla komandasını önə keçirən futbolçu turnirin cari mövsümündə adını ilk qolun müəllifi kimi tarixə yazdırıb.
Xatırladaq ki, turnirdə ölkəmizi təmsil edən "Sabah" klubu da debüt oyununa hazırlaşır. Təmsilçimiz ilk turun çərçivəsində sentyabrın 10-da səfərdə İngiltərənin nəhəng klublarından olan "Mançester Yunayted" ilə üz-üzə gələcək. "Old Trafford" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












