Yeni mövsümün hazırlıqlarını davam etdirən "İnter" "Lugano Cup"da iştirak edir. Matc.az saytının məlumatına görə, "neradzurra" ilk oyununu keçirib.

İtaliya klubu İsveçrə təmsilçisi "Luqano" ilə qarşılaşıb. Stefano Sensinin 25, Marselo Brozoviçin isə 45-ci dəqiqədə vurduğu qollara isveçrəlilər son dəqiqələrdə 1 topla cavab verə bilib. Nəticədə Antonio Kontenin yetirmələri ilk matçında 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest