Türkiyənin "Trabzonspor" klubu hazırda "Mançester Yunayted"dən icarə əsasında heyətində çıxış edən kamerunlu qapıçı Andre Onananın birdəfəlik transferi üçün işlərə başlayıb.
Matc.az xəbər verir ki, Türkiyə tərəfi qapıçının oyunundan və komandada qalmaq istəyindən olduqca məmnundur.
"Mançester Yunayted" 30 yaşlı qolkiper üçün 10 milyon avro tələb edir. Lakin "Trabzonspor" bu məbləği aşağı salmağa çalışacaq. Klub həmçinin hazırda ildə 5,5 milyon avro qazanan Onananın maaşını azaltmaq barədə danışıqlar aparmaq niyyətindədir.
Tərəflər razılığa gələrsə, qapıçıya 5 illik uzunmüddətli müqavilə təklif olunacaq. Cari mövsümdə kamerunlu qolkiper 8 matçda iştirak edib və onlardan 2-də qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, kamerunlu oyunçunun İngiltərə qrantı ilə 2028-ci il iyunun 30-na qədər müqaviləsi var. 2023-cü ilin yayından bəri Mançester təmsilçisinin heyətində 102 matça çıxan Onana qapısında 150 qol görüb, 24 qarşılaşmada isə qol buraxmayıb. "Transfermarkt" portalı qapıçının transfer dəyərini 10 milyon avro qiymətləndirir.













