"Liverpul"un vingeri Rio Nqumoxa rəsmi matçda İngiltərə milli komandasının heyətində meydana çıxan tarixin ən gənc üçüncü futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
İngiltərə yığması Millətlər Liqasının II turunda səfərdə Çexiyanı 2:0 hesabı ilə məğlub edib. Nqumoxa bu qarşılaşmanın 71-ci dəqiqəsində Bukayo Sakanın əvəzinə meydana daxil olub.
"Liverpul"un vingeri üçün bu matç İngiltərə millisinin heyətində ümumilikdə ikinci, lakin ilk rəsmi oyun olub. Belə ki, o, cari ilin iyununda Yeni Zelandiyaya qarşı keçirilən yoldaşlıq görüşündə də şans qazanmışdı.
Nqumoxa İngiltərə yığmasında ilk rəsmi matçına 18 yaş 31 günlüyündə çıxıb. İngiltərə millisinin tarixində yalnız əfsanəvi hücumçu Ueyn Runi (17 yaş 156 gün) və komandanın hazırkı yarımmüdafiəçisi Cud Bellinqem (17 yaş 269 gün) daha gənc yaşda rəsmi oyunda debüt ediblər.













