"Yuventus" klubu "Tottenhem"dən icarəyə götürdüyü qapıçı Qulyelmo Vikarionun transfer hüquqlarına sahib olmaq üçün satınalma seçimini aktivləşdirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Turin klubu Qulyelmo Vikarionun çıxışlarından çox razıdır və artıq "Tottenhem"dən oyunçunu birdəfəlik almaq variantından istifadə etməyi nəzərdə tutur.

Keçidin maliyyə şərtlərinə görə, transfer məbləği 8 milyon avro və əlavə 2 milyon avro bonus şəklində olacaq. Qapıçı üçün 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə hazırlanır.

İtaliya A Seriyasının cari mövsümündə 30 yaşlı Qulyelmo Vikario beş matç keçirib və bunların üçündə qapısını toxunulmaz saxlayıb. "Tottenhem"ə qədər Vikario İtaliyanın "Empoli", "Venesiya" və "Kalyari" kimi klublarında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest