"Real"ın baş məşqçisi Joze Mourinyo La Liqanın 9-cu turunun matçında "Sevilya" üzərində qazanılan 4:1 hesablı qələbədən sonra yarımmüdafiəçi Federiko Valverdenin çıxışını yüksək qiymətləndirərək onun universallığını qeyd edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis uruqvaylı futbolçunun istənilən mövqedə oynaya bildiyini vurğulayıb:

"Keçən gün yarı zarafat, yarı ciddi dedim ki, əgər əlimizdə dörd Valverde olsaydı, onlar dörd fərqli mövqedə oynayardılar. Bu gün o, dünyada ən universal futbolçulardan biridir. İstənilən mövqedə çıxış etməyə və bunu çox yüksək səviyyədə etməyə qadirdir. Bu gün o, parlaq oyun keçirdi. Bir məşqçi üçün iki keyfiyyətli sağ müdafiəçini ehtiyatda qoymaq asan deyil, lakin mən hesab etdim ki, bu mövqedə yaxşı dözümlülüyü və texnikası olan oyunçunun yer alması çox faydalı olacaq – beləcə, o, Endrikin arxasında fəaliyyət göstərə bilərdi. Mənim onu heç nəyə inandırmağıma ehtiyac yoxdur. O, "Real"ın kapitanıdır və əgər qapıçı kimi oynamaq lazım gəlsə, əlcəkləri geyinib qapıya keçəcək".

Qeyd edək ki, son oyunlarda Mourinyo Valverdeyə sağ müdafiəçi mövqeyində şans verir.

Növbəti turda Madrid "Real"ı "Barselona" ilə qarşılaşacaq. Madridlilər 21 xalla La Liqada üçüncü pillədə qərarlaşıblar və kataloniyalılardan 6 xal geri qalırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest