İngiltərənin “Sautqempton” klubu qalmaqallı hadisələrlə gündəmə gələn baş məşqçisi Tonda Ekkertlə müqaviləni uzadıb. Matc.az xəbər verir ki, 2029-cu ilə qədər nəzərdə tutulan yeni anlaşma futbol ictimaiyyətində təəccüb doğurub. 
 
Belə ki, Ekkert ötən mövsüm rəqib komandaların məşqlərinin icazəsiz izlənilməsi ilə bağlı qalmaqalda iştirak edib. Məşqçi üç rəqib klubun hazırlıq prosesinin müşahidə edilməsinə icazə verdiyini etiraf edib. 
 
İngiltərə Futbol Assosiasiyası ona altı həftəlik şərti cəza və 28 min funt sterlinq məbləğində cərimə tətbiq edib. Qalmaqalın nəticəsində “Sautqempton” pley-off finalından kənarlaşdırılıb və cari mövsümə dörd xal itkisiylə başlayıb. 
 
Buna baxmayaraq, rəhbərlik Ekkertə güvəndiyini nümayiş etdirərək onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest