Braziliya millisinin futbolçusu Rafinya “Barselona”nın Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçuları sırasında Luis Suaresə çata bilər.

 
Braziliya millisinin futbolçusu  Rafinya “Barselona”nın Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçuları sırasında Luis Suaresə çata bilər.
 
Matc.az xəbər verir ki, hazırda “sambaçı”nın hesabında 23 qol var. O, bu göstərici ilə katalonların keçmiş forvardı Robert Levandovskiyə çatıb. 
 
İspaniya nəhənginin heyətində Çempionlar Liqasında ən çox qol vuran Lionel Messidir – 120 qol. Luis Suares isə 25 qolla ikinci sıradadır.
 
Braziliyalı hücumçu “Sabah”la Çempionlar Liqasının əsas mərhələsinin V turunda dubl etsə, Luis Suaresin göstəricisinə şərik olacaq.
 
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest