Görüşdə hesabı 11-ci dəqiqədə Con Arias açıb. 75-ci dəqiqədə isə Samuel Lino bərabərlik qolunu vurub.

“Flamenqo” Braziliya A Seriyasının qalibi olub.
 
Matc.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi çempionatın 36-cı turunda səfərdə “Palmeyras”la 1:1 hesablı heç-heçə edərək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Görüşdə hesabı 11-ci dəqiqədə Con Arias açıb. 75-ci dəqiqədə isə Samuel Lino bərabərlik qolunu vurub.
 
Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Flamenqo” ən yaxın izləyicisi “Palmeyras”ı 6 xal qabaqlayır. Qarşılıqlı oyunlarda və qələbələrin sayında üstünlüyü nəzərə alınan Rio klubu mövsümün son iki turunda rəqibinin onu keçməsi ehtimalını aradan qaldırıb. Belə ki, “Flamenqo”nun 24 qələbəsi var, “Palmeyras” isə maksimum 23 qələbə qazana bilər.
 
Beləliklə, “Flamenqo” ardıcıl ikinci dəfə Braziliya çempionu olub. Bu, klubun tarixində ölkə çempionatında qazandığı 9-cu çempionluqdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest