"Neftçi"nin futbolçusu Baqali Dabo Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. Matç.az xəbər verir ki, yubiley topu Topaz Premyer Liqasının IX turunun "Qarabağ"la ev oyununa (3:1) təsadüf edib. Fransalı hücumçu çempionatda keçirdiyi 52-ci qarşılaşmada 25-ci dəfə fərqlənib. Dabo yarışın tarixində 25 və daha çox qol vuran 109-cu futbolçudur. Hücumçu bu toplardan 20-ni "Qəbələ", 5-ni indiki klubu "Neftçi"də vurub.

çempionatda debüt etdiyi 2016/17 mövsümündə 7 dəfə fərqlənən Baqali, bombardiri olduğu ötən çempionatda 13 dəfə qol sevinci yaşamışdı. Digər 5 top isə cari mövsümün arxada qalan 9 turuna təsadüf edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest