10 Dekabr 2025, 15:16
FUTBOL
"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin VI turu çərçivəsində səfərdə "Brann"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Edson Alvares, Nelson Semedo, Marko Asensio, Sebastian Şimanski və Çağlar Söyüncü zədəlidir. Con Duran "Viktoriya" ilə matçda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılıb. Rodriqo Bekan, İrfan Can Kahveci və Cenk Tosun isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. Adıçəkilən futbolçular komanda ilə birlikdə Norveçə aparılmayacaq.
Qeyd edək ki, "Brann" - "Fənərbaxça" qarşılaşması dekabrın 12-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












