10 Dekabr 2025, 14:08
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Niderland təmsilçisi azad agent statusunda olan Takehiro Tomiyasunun keçidini həll edib. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Amsterdan klubu yaponiyalı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Takehiro Tomiyasunun son klubu "Arsenal" olub. 27 yaşlı oyunçu bu ilin aprel ayında Premyer Liqa nəhəngindən ayrılıb.
Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.












