"Everton" "Mançester Siti"dən icarəyə götürdüyü Cek Qrilişi komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Klublar arasındakı anlaşmada 50 milyon funt-sterlinqlik satınalma bəndi yer alıb. "Everton" ingiltərəli vinger üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır. "Mançester Siti" bununla razılaşsa, Mersisayd təmsilçisi Qrilişin transfer hüquqlarına yiyələnəcək. 30 yaşlı futbolçu özü də hazırkı komandasında qalmaq istəyir.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü "mavilər"in heyətində keçirdiyi 16 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest