28 İyul 2019, 21:28
DÖYÜŞ NÖVLƏRİ
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında idmançılarımız 7 medal qazanıblar. Matc.az xəbər verir ki, usta cüdoçularımız qitə çempionatında üç qızıl, iki gümüş və iki bürünc medal əldə ediblər.
Cüdoçularımızdan Mübariz Cəfərov (81 kq), Fərhad Rəcəbli (90 kq) və Elxan Rəcəbli (100 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (66 kq) və Yamən Fətiyev (100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (60 kq), Məmməd Məmmədov (81 kq) qazanıblar.
Qeyd edək ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparıb.