İtaliyanın "Yuventus" klubunun polşalı qapıçısı Kamil Qrabara məşq zamanı ciddi zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, məşqdə sağ dizindən xəsarət alan Kamil Qrabara diaqnostik müayinədən keçib və onun ön çarpaz bağlarının qopduğu müəyyən olunub. Yaxın günlərdə müalicə planını müəyyənləşdirmək üçün oyunçu ortoped tərəfindən müayinə ediləcək.

Qrabaranın 27 yaşı var və o, avqust ayından İtaliya klubunda çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest