Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Bakıda dəstəksiz qalmayacaq. Rusiya klubunu kiçik bir qrup dəstəkləyəcək. Belə ki, "Bakcell Arena"da baş tutacaq qarşılaşmada təxminən 50 "Arsenal" azarkeşinin olacağı bildirilib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Bakıda dəstəksiz qalmayacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rusiya klubunu kiçik bir qrup dəstəkləyəcək.

Belə ki, "Bakcell Arena"da baş tutacaq qarşılaşmada təxminən 50 "Arsenal" azarkeşinin olacağı bildirilib. Bu isə "Neftçi"nin Tuladakı fanatlarının sayından 6 dəfə azdı. çünki "flaqman"ı Rusiyadakı ilk matçda 300-dən çox həmyerlimiz dəstəkləmişdi.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək "Neftçi" - "Arsenal" oyunu saat 21:00-da başlayacaq. İlk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest