“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva növbəti dəfə “Barselona”ya keçmək eşqinə düşüb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu bu istəyini rəhbərliyə bildirib.
 
Onun həm özü, həm də ailəsi İspaniyaya köçməkdə maraqlıdı. Son aylarda bir neçə dəfə Barselonaya səfər edən Silva ailəsi artıq orada yaşamağı arzulayır. Həmçinin “Barselona” rəhbərliyi də onu heyətinə qatmağı hədəfləyir. Oyunçunun müqaviləsində 50 milyon funt-sterlinq qarşılığında sərbəst qalma maddəsi var. “Mançester Siti” rəhbərliyi sərfəli təklif alacağı təqdirdə keçidə razılıq verəcək.
 
PSJ-nin də transfer gündəmində olan Bernardo Silvanın hazırkı komandasında illik məvacibi 10 milyon avrodu. 29 yaşlı oyunçu daha aşağı məbləğ müqabilində “Barselona”da oynamağa razıdı.
 
Qeyd edək ki, pleymeyker bu mövsüm Premyer Liqada 27 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest