30 İyul 2019, 13:16
DÖYÜŞ NÖVLƏRİ
Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, kişi komandalarımızdan fərqli, qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplanışı keçir.
Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iyulun 21-dən Türkiyənin Niğdə şəhərində Türkiyə yığmasıyla birgə hazırlıq keçən komandamız avqustun 4-dək toplanışı davam etdirəcək. TMT əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, heyətdə gənc güləşçilərimiz də yer alıb. Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına hazırlaşır.