Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
 
Murad Haqverdiyev dünya çempionatına inamlı qələbəylə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə uduzan Murad iyulun 31-də bürünc medal uğrunda mübarizə aparacaq.
 
Fərhad Kərimli ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında iran təmsilçisinə məğlub olan Fərhad iyulun 31-də 3-cü yer uğrunda güləşəcək.
 
Riad Aslanov üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub. Məhəmmədəli Əliyev də təsnifat mərhələsində Hindistan güləşçisiylə bacarmayıb.
 
45 kq
1/8 final - Murad Haqverdiyev - Maqomed Maqomedovi (GEO) 10:0
1/4 final - Murad Haqverdiyev - Vladimir Qienko (RUS) 9:4
1/2 final - Murad Haqverdiyev - Əli Mehran Firuzyai (İRİ) 0:5
Bürünc medal görüşü - Murad Haqverdiyev - Stefan Şterjov (MKD) / Vladislav Nikandrov (KGZ)
 
51 kq
Təsnifat - Riad Aslanov - Əli Əbülfəzl Zadegan (İRİ) 2:6
 
60 kq
1/8 final - Fərhad Kərimli - Arsim Bekirovski (MKD) 11:0
1/4 final - Fərhad Kərimli - Cesse Uayn Mendes (USA) 8:1
1/2 final - Fərhad Kərimli - İrfan Məhəmməd İlahi (İRİ) 2:12
Bürünc medal görüşü - Fərhad Kərimli - Genik Asatryan (ARM) / Yoşinosuke Aoyaqi (JPN)
 
71 kq
Təsnifat - Məhəmmədəli Əliyev - Vicay Vicay (İND) 5:12
 
92 kq
1/8 final - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest